Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində atəşkəs təklif edib
sizinxeber.az xəbər saytı

Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində atəşkəs təklif edib


Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində atəşkəs təklif edib

Sizinxeber.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi, İstanbulda Ukrayna ilə danışıqlarda iştirak edən nümayəndə heyətinə rəhbərlik edən Vladimir Medinski bildirib.

O qeyd edib ki, Rusiya Ukraynaya cəbhənin müəyyən hissələrində iki-üç günlük “konkret atəşkəs” təklif edib.

Medinski münaqişənin sülh yolu ilə həlli üzrə memorandum layihəsinin Ukraynaya təqdim olunduğunu vurğulayıb.

Putinin köməkçisi əlavə edib ki, 6000 meyitin qaytarılması prosesi gələn həftə baş tutacaq.

Vladimir Medinski onu da deyib ki, Rusiya və Ukrayna “hamının hamıyaprinsipi ilə ağır xəstələri və yaralıları mübadilə edəcəklər. O aydınlaşdırıb ki, söhbət yaşı 25-dən az olan hərbi qulluqçuların mübadiləsindən gedir.

Oxşar xəbərlər

Putinin köməkçisi Rusiya Yazıçılar İttifaqının sədri seçilib
Medinski: Rusiya nümayəndə heyəti mayın 16-da səhər saat 10-dan Ukrayna nümayəndə heyətini gözləyəcək
Medinski: Rusiya Ukrayna ilə münaqişənin səbəblərini aradan qaldırmaq istəyir
Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbçilərin meyitlərinin mübadiləsini razılaşdırıb
Medinski: Rusiya İstanbulda danışıqlar prosesinin bərpasına hazırdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle