Rusiya Sumı şəhərinə raket zərbəsi endirdi: Ölənlərin sayı 21-ə, yaralıların sayı isə 83-ə çatıb - VİDEO - FOTOLENT - YENİLƏNİB
Raket hücumu nəticəsində mülki əhali hədəf alındı
Bu gün, Rusiya ordusu Ukraynanın şimal-şərqində yerləşən Sumı şəhərinin mərkəzinə iki ballistik raketlə hücum edib. Hücum nəticəsində azı 21 nəfər həyatını itirib, 83 nəfər isə yaralanıb. Yaralılar arasında 7 uşaq da var .
APA-nın məlumatına görə, Ukrayna Daxili İşlər naziri İqor Klimenko bildirib ki, raketlər şəhərin mərkəzində yerləşən küçələrə, ictimai nəqliyyat vasitələrinə və binalara düşüb. Hadisə zamanı insanlar küçədə, nəqliyyat vasitələrində və binalarda olublar.
***
12:40
13 aprel 2025-ci il tarixində Rusiya ordusu Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirib. Hücum nəticəsində çoxsaylı insan həyatını itirib.
APA xəbər verir ki, bu barədə Sumı şəhər şurasının katibi və şəhər başçısının səlahiyyətlərini icra edən Artyom Kobzar məlumat verib.
Hücum nəticəsində uşaq yaralanıb və binalar zədələnib
"Süspilne"nin məlumatına görə, hücum nəticəsində bir uşaq yaralanıb və bir neçə bina zədələnib. Zərbə nəticəsində şəhərin təhsil müəssisələrindən birinə ciddi ziyan dəyib.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, ruslar bu hücumu bilərəkdən mülki əhalini hədəf alaraq həyata keçiriblər. O, həmçinin qeyd edib ki, bu hücum ABŞ nümayəndəsi Uitkoffun Moskvaya səfərindən sonra baş verib.



Oxşar xəbərlər
Ukraynanın Sumı şəhərinə raket hücumu olub, 20-dən çox insan ölüb - VİDEO - FOTOLENT
Ukraynada Sumı şəhərinə raketlər atılıb, 20-dən çox dinc sakin ölüb
Ukraynanın Sumı şəhərinə raket zərbəsi endirilib, 90-a yaxın yaralı var - VİDEO
Rusiya ordusu Sumı şəhərini bombalayıb, yaralılar var
Rusiya Kiyevə raket hücumu edib, ölən və yaralananlar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan Prezidenti: Son illərin tarixində ən böyük ədalətsizliklə biz üzləşmişdik
-
Prezident İlham Əliyevin doğum günüdür
-
Prezident: Ermənistana sanksiyalar tətbiq edilsəydi, əlbəttə, o, işğala son qoyardı
-
İlham Əliyev: Bu gün Ağdam rayonunda artıq həyat bərpa edilir
-
Dövlət başçısı: Şəhidlərimizi, Xocalı qurbanlarını, digər günahsız insanların həlak olmasını heç vaxt unuda bilmərik












