Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olunub
sizinxeber.az xəbər saytı

Ermənistan hökumətinə Aİ-dən məsləhətçilər təyin olunub


Ermənistan hökuməti və bir sıra nazirliklərdə Avropa İttifaqı ilə Genişləndirilmiş və Hərtərəfli Tərəfdaşlıq Sazişinin (CEPA) həyata keçirilməsi ilə əlaqədar məsləhətçilər təyin edilib.

Sizinxeber.az-nın xəbərinə görə, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovanisyan parlamentdə çıxışında bildirib.

Qeyd edilib ki, Avropa İttifaqından yüksək rütbəli məsləhətçi artıq Ermənistana ezam olunub, Fransa 5 müxtəlif nazirliyə məsləhətçilər göndərib. Eyni zamanda digər ölkələrdən ekspertlərin dəvət edilməsinin mümkünlüyü nəzərdən keçirilir.

Paruyr Ovanisyan qeyd edib ki, yaxın aylardan Avropa İttifaqı ilə danışıqların gündəliyinə dair yeni sazişin imzalanması planlaşdırılır. Bu, Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının iyun ayında keçirilməsi nəzərdə tutulan iclasında imzalana bilər.

Oxşar xəbərlər

Aİ Şurası Ermənistana 10 milyon avro yardım ayrılması ilə bağlı qərarı təsdiqləyib
Ovannisyan: Aİ ilə əməkdaşlığı inkişaf etdirməyi planlaşdırırıq
Overçuk: Aİ-yə daxil olması Ermənistan üçün Avrasiya İqtisadi İttifaqı bazarını bağlayacaq
Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
Peter Stano: Ermənistan-Aİ danışıqlarının üzvlüyə namizədlik imkanları ilə əlaqəsi yoxdur

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər