Rusiyada sirkin oturacaqlarının çökməsi nəticəsində 8 nəfər yaralanıb
sizinxeber.az xəbər saytı

Rusiyada sirkin oturacaqlarının çökməsi nəticəsində 8 nəfər yaralanıb


Rusiyanın Samara vilayətində səyyar sirkdə oturacaqların uçması nəticəsində xəsarət alanların sayı 8-ə çatıb.

APA xəbər verir ki, bu haqda Regional Səhiyyə Nazirliyindən məlumat verilib.

"Neftyanikov küçəsində sirk çadırı uçub. Hadisə yerində təcili tibbi yardım briqadası işləyirdi, 8 nəfər yaralanıb. 3 nəfər tibb müəssisəsinin təcili yardım otağına aparılıb, 5 nəfər öz imkanı ilə gəlib. İlkin məlumata görə, zərərçəkənlərin xəsarətləri yüngüldür. Onların xəstəxanaya yerləşdirilməsi tələb olunmur", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Samara vilayətinin Nefteqorsk şəhərində çıxış edən səyyar sirkdə tamaşaçıların əyləşdiyi oturacaqların altı sırası dağılıb. Nəticədə bir neçə nəfər xəsarət alıb. Hadisə zamanı ölən olmayıb.

Oxşar xəbərlər

Rusiyada sərnişin və yük qatarlarının toqquşması nəticəsində 2 nəfər ölüb 25 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB 4
FHN: Masazırda evdə uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb - YENİLƏNİB
Sumqayıtda minik avtomobili zibil maşını ilə toqquşub, xəsarət alanlar var - YENİLƏNİB
FHN: Masazırda evdə uçqun olub, bir nəfər ölüb, iki nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Bakıda 7 avtomobilin toqquşması nəticəsində ağır qəza baş verib - FOTO - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər