Kreml Avropanın Ukraynaya qoşun yeritmək planlarından narahatdır
Kreml Avropanın Ukraynaya qoşun yeritmək planları ilə bağlı bütün xəbərləri diqqətlə izləyir və bu xəbərlər narahatlıq doğurur.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı bəyanatlar bəzən ziddiyyətli olur.
“Biz bütün bu hesabatları, avropalıların bu məsələ ilə bağlı bəzən ziddiyyətli rəsmi açıqlamalarını diqqətlə izləyirik. Bu, bizi narahat edən məsələdir, çünki söhbət hərbi kontingentlərin göndərilməsindən, NATO ölkələrinin hərbi kontingentlərinin Ukraynaya mümkün göndərilməsindən gedir, bu, təhlükəsizliyimiz baxımından tamamilə fərqli məna kəsb edir, ona görə də bu mövzu bizim üçün vacibdir. NATO ölkələrinin hərbi kontingentinin Ukrayna ərazisinə yerləşdirilməsi bizim üçün məqbul sayıla bilməz", - deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, Britaniyanın “The Daily Telegraph” qəzeti Qərb rəsmilərinə istinadən yazıb ki, Kiyevin avropalı müttəfiqləri Vaşinqtona Avropa ölkələrindən 30 min hərbçini Ukraynaya göndərməyi təklif etmək niyyətindədirlər.
Oxşar xəbərlər
Kreml: Ukraynanın NATO-ya potensial üzvlüyünü təhlükə hesab edirik
Kreml: Suriyada baş verənləri diqqətlə izləyirik
Kreml Putinin Trampı təbrik etmək planlarından xəbərsizdir
Kreml Trampın Moskvaya qarşı mümkün sanksiyalarla bağlı açıqlamalarını şərh edib
Rusiya XİN: NATO qüvvələrinin Ukraynada peyda olması bütün dünya üçün fəlakətli nəticələrə gətirib çıxaracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













