KİV: Paşinyanın partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır
sizinxeber.az xəbər saytı

KİV: Paşinyanın partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır


Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyası növbədənkənar parlament seçkilərinə hazırlaşır.

Sizinxeber.az-nın xəbərinə görə, bunu hakim partiyadakı mənbələr bildirib.

Qeyd edilib ki, Baş nazir Nikol Paşinyan özünə yaxın adamlara bu barədə danışıb.

“Iravunk” qəzeti isə hökumət başçısının partiyadaşlarına istənilən zaman yarana biləcək “fors-major” hallarda hakimiyyəti əllərində saxlamaqla bağlı tapşırıq verdiyini yazıb.

“O hətta bəyan edib ki, ən pis halda seçki siyahısına şəxsən özü başçılıq edəcək. Hakim partiyanın üzvləri bu xəbərdən təəccübünü ifadə ediblər. Hazırda onları düşündürən əsas məsələ Paşinyanın bu dəfə kimi qurban verə biləcəyi ilə bağlıdır”, yazıda bildirib.

Oxşar xəbərlər

KİV: Ermənistanda hakim partiya növbədənkənar seçkilərə hazırlaşır
Gürcüstanda keçirilən parlament seçkilərində hakim partiya irəlidədir
Noyabrın 25-də Gürcüstanın 11-ci çağırış parlamentində ilk iclas keçiriləcək
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb
Saakaşvilinin partiyası ana müxalifət statusunu itirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle