sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Latviyanın müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Latviyanın Rusiyadakı müvəqqəti işlər vəkili D.Rutka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bildirilib ki, bu Baltikyanı dövlətdə rus tarixi-mədəni irsinin növbəti dağıdılması dalğası ilə bağlı latviyalı diplomata kəskin etiraz bildirilib.
Söhbət, xüsusilə, hərbi lider M. Barklay de Tollinin abidəsinin, A.S.Puşkinin xatirə lövhəsinin və A.Kernin büstünün sökülməsindən gedir. D.Rutkaya bildirilib ki, latviyalı rusofobların qeyd olunan bədxah əməlləri qəbuledilməzdir.
Rusiya tərəfi YUNESKO və digər müvafiq beynəlxalq qurumları bu cür vəhşi hərəkətləri pisləməyə çağırıb.
Oxşar xəbərlər
Finlandiya səfiri Rusiya XİN-ə çağırılıb
Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb
ABŞ-nin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb
Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
ABŞ-nin müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













