Rusiya Aralıq dənizində səsdən sürətli “Zirkon” raketlərinin atışları ilə təlimlər keçirib
Rusiya Aralıq dənizində səsdən sürətli “Zirkon” raketlərinin atışları ilə təlimlər keçirib.
Sizinxeber.az-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Hərbi Dəniz Qüvvələri və Hava kosmik Qüvvələrinin iştirakı ilə Aralıq dənizində səsdən sürətli “Zirkon” raketlərinin atışları ilə təlimlər keçirilib.
Rusiya Hərbi Dəniz Qüvvələrinin zərbə qrupunun tərkibində fəaliyyət göstərən "Admiral Qorşkov” və “Admiral Qolovko” freqatlarının ekipajları “Zirkon” hipersəs raketlərini və “Novorossiysk” dizel-elektrik sualtı qayığı dəniz hədəfli mövqeyə "Kalibr" qanadlı raketlərini buraxıblar.
Eyni zamanda, Aralıq dənizi sahilində təyin olunmuş ərazidən “Bastion” sahil raket sisteminin ekipajı “Oniks” qanadlı raketinin döyüş atışını həyata keçirib.
Təyin olunmuş hədəflər birbaşa zərbələrlə vurulub.
Təlim Rusiya Federasiyası Silahlı Qüvvələrinin Təlim Planına uyğun olaraq 2024-cü il dekabrın 1-dən dekabrın 3-dək Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı, admiral Aleksandr Moiseyevin rəhbərliyi ilə keçirilib.
Təlimlərə 1000-dən çox hərbi qulluqçu, 10 gəmi və yardımçı gəmi, 24 təyyarə, o cümlədən Rusiya hava kosmik Qüvvələrinə məxsus hipersəsli "Kinjal" raketləri olan MiQ-31I qırıcıları və “Bastion” sahil raket kompleksi cəlb olunub.
Oxşar xəbərlər
Azərbaycan hərbçiləri Aralıq dənizində keçirilən "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Filippin, Kanada, ABŞ və Avstraliya Cənubi Çin dənizində ilk birgə hərbi təlimə başlayıb
Ersin Tatar Türk dövlətlərini ŞKTC-ni tanımağa, TDT-yə üzv qəbul etməyə çağırıb
Putin strateji nüvə qüvvələrinin məşqini keçirib
Putinin köməkçisi: Baltikyanı ölkələr Rusiya ilə sərhəddə hərbi infrastruktur qururlar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













