Rusiyada yaşayan hüquqşünas Elman Paşayev həbs edilib - VİDEO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Rusiyada yaşayan hüquqşünas Elman Paşayev həbs edilib - VİDEO - YENİLƏNİB


Rusiyada yaşayan azərbaycanlı hüquqşünas, keçmiş vəkil Elman Paşayev Moskvada həbs edilib.

Sizinxeber.az-nın Rusiya bürosu xəbər verir ki, bu gün Moskva Hərbi qarnizon məhkəməsində Paşayevin barəsində həbs qətimkan tədbirinin seçilməsinə baxılıb.

Məhkəmə Paşayevi noyabrın 15-dək istintaq təcridxanasına göndərib.

Qeyd edək ki, E. Paşayev xüsusilə külli miqdarda dələduzluqda şübhəli bilinir. Onun 300 min dollar və 18,5 milyon rubl qarşılığında bloger Aleksey Blinovski və həyat yoldaşını cinayət təqibindən azad edəcəyinə söz verdiyi bildirilib.

***

14:04

Rusiyada yaşayan azərbaycanlı hüquqşünas Elman Paşayev Moskva Hərbi Qarnizon Məhkəməsinə gətirilib.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu gün onun barəsində həbs qətiimkan tədbirinin seçilməsinə baxılacaq.

Elman Paşayev həbs olunacağı təqdirdə, onun Rusiya Müdafiə Nazirliyi ilə müqaviləsi dondurulacaq.

Qeyd edək ki, dünən Rusiya Hərbi İstintaq Komitəsi Paşayevin saxlanıldığı barədə məlumat yayıb. Bildirilib ki, Paşayev 46 milyon rubldan çox dələduzluqda şübhəli bilinir.

Oxşar xəbərlər

Rusiyada yaşayan hüquqşünas Elman Paşayev məhkəməyə gətirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev həbs edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada saxlanılan azərbaycanlı vəkil Elman Paşayev hərbi məhkəməyə aparılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada tanınmış azərbaycanlı vəkil Elman Paşayev saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiyada saxlanılan tanınmış vəkil Elman Paşayevin nədə ittiham edildiyi məlum olub - VİDEO - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər