sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Nazarbayevin qardaşı oğlunun xanımı 12 il müddətinə həbs edilib
Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldının həyat yoldaşı Gülmira Satıbaldı 12 il müddətinə azadlıqdan məhrum edilib.
Sizinxeber.az-nın “Sputnik-Kazakhstan”a istinadən xəbərinə görə, məhkəmənin qərarı ilə onun əmlakı da müsadirə olunacaq.
G. Satıbaldı hədə-qorxu ilə tələb etmə, özbaşınalıq və qanunsuz olaraq azadlıqdan məhrumetmədə ittiham olunur. Bu cinayət işində adı hallanan Madi Batırşayeva isə 9 il həbs cəzası alıb.
Qeyd edək ki, avqustun 16-da onun həyat yoldaşı Kayrat Satıbaldının barəsində çıxarılmış 6 il həbs cəzası şərti hesab edilib və O, azadlığa buraxılıb.
Oxşar xəbərlər
Nazarbayevin qardaşı oğlu şərti azadlığa buraxılıb
Bakıda mənzilə qumbara qoyaraq soyğunçuluqda təqsirləndirilən şəxsə hökm oxunub
Qazaxıstanda 2022-ci ilin yanvarında iğtişaşlara görə tutulan keçmiş DİN rəhbərinə hökm oxunub
124 min manatlıq dələduzluq işində bəraət alan şəxsin hökmü ləğv edilib, məhkəmə zalından həbs olunub
Cəlilabad arxiv idarəsinin rüşvətə görə tutulan müdirinin cəzası azaldılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













