Lavrov Misirin xarici işlər naziri ilə Qəzzada atəşkəs rejimini müzakirə edib
sizinxeber.az xəbər saytı

Lavrov Misirin xarici işlər naziri ilə Qəzzada atəşkəs rejimini müzakirə edib


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Misirin xarici işlər naziri Bədr Abdel Ati Qəzza zolağında atəşkəs şərtlərini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Nazirlər telefon danışığı zamanı regionda gərginliyin azaldılmasını müzakirə ediblər. “Söhbət zamanı Fələstin-İsrail münaqişəsi zonasında tezliklə atəşkəs və regionda gərginliyin ümumi şəkildə azaldılmasının vacibliyi vurğulanmaqla, Yaxın Şərqdə yaranan vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda, Moskva və Qahirənin Yaxın Şərq problemlərinin həllindəki kordinəli əməkdaşlığının diqqət mərkəzində saxlanılmasının prioritet mövzu olması təsdiqlənib.”, - deyə XİN-in açıqlamasında bildirilir.

Söhbət Misir tərəfinin təşəbbüsü ilə baş tutub.

Oxşar xəbərlər

Ceyhun Bayramov və Sergey Lavrov regional vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Rusiya XİN rəhbərləri cari regional vəziyyəti müzakirə ediblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Blinken İsrailə səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov İsrail XİN-in baş direktoru ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər