Paşinyan: Aİ-yə şantajla üzv olmaq niyyətində deyilik
sizinxeber.az xəbər saytı

Paşinyan: Aİ-yə şantajla üzv olmaq niyyətində deyilik


Ermənistan tez bir zamanda üzvlük tələbi ilə Avropa İttifaqını (Aİ) şantaj etmək niyyətində deyil.

Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan Ermənistan-Aİ Vətəndaş Cəmiyyəti Platformasının 8-ci ikitərəfli görüşündə bildirib.

“Biz Avropa İttifaqına üzvlük prosesinə başlamaq barədə qanun qəbul etmişik, lakin strategiyamız ondan ibarətdir ki, biz şantaj vasitələrindən istifadə etməyəcəyik — yəni “qanunu qəbul etdik, deməli, bizi bir ay ərzində Aİ-yə qəbul etməlisiniz” kimi yanaşmayacağıq”, – o qeyd edib.

Paşinyan əlavə edib ki, inteqrasiya prosesində “sıfır gərginlik” olmalıdır.

Oxşar xəbərlər

Paşinyan: İrəvan üzvlük naminə Aİ-ni "şantaj etməyəcək"
Ermənistan baş naziri: Avropa İttifaqı ilə inteqrasiya prosesinə başlayırıq
Paşinyan: Ermənistan Aİ-yə üzv olmaq istəyir
Baş nazir: Ermənistanda Rusiya qoşunlarının mövcudluğundan imtina etmək niyyətində deyilik
Nikol Paşinyan: “Erməni Soyqırımı” bu gün Ermənistanın xarici siyasətinin prioritetləri sırasında deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər