Qazaxıstanda yeni konstitusiya üzrə referendumun ilkin nəticələri açıqlanıb
Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə keçirilən referendumun ilkin nəticələri açıqlanıb.
APA-nın Astana şəhərinə ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, referendumda iştirak edən vətəndaşların böyük əksəriyyəti yeni konstitusiya layihəsini dəstəkləyib.
“Referenduma çıxarılan məsələnin müsbət həllinə səs verən vətəndaşların sayı 7 milyon 954 min 667 nəfər və ya 87,15 faiz təşkil edib”, məlumatda bildirilib.
Qeyd olunub ki, ümumilikdə referendumda seçici fəallığı 73 faiz səviyyəsində olub.
Xatırladaq ki, Qazaxıstanda yeni konstitusiya layihəsi üzrə ümumxalq referendumu martın 15-də keçirilib. Referendum ölkənin siyasi və institusional inkişafında mühüm mərhələ kimi qiymətləndirilir.
Oxşar xəbərlər
Qazaxıstanda referendumda seçici fəallığı 73,24 faiz olub - YENİLƏNİB-2
Qazaxıstanda referendumda seçici fəallığı 70,98 faizə çatıb - YENİLƏNİB-1
Qazaxıstanda referendumda seçici fəallığı 19,21 faizə çatıb
Qazaxıstanda referendumda seçici fəallığı 64,43 faizə çatıb - YENİLƏNİB
Qazaxıstanda referendumda səsvermə başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
MEDİA-nın "Fərdi jurnalist müsabiqəsi"nin qalibləri sırasında "APA Media Group"un 4 əməkdaşı var
-
"Qarabağ" daha bir yoxlama oyununda uduzub
-
Alimlər: Antarktidanın gələcəyini proqnozlaşdırmaq düşündüyümüzdən daha asan ola bilər
-
"APA Media Group"un 4 əməkdaşı MEDİA-nın müsabiqəsində qalib olub
-
KMG və "Chevron" neftin Qazaxıstandan BTC ilə dünya bazarlarına tədarükünü müzakirə edib
-
Həftəsonu 41 mindən çox abituriyent qəbul imtahanı verəcək
