İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib
sizinxeber.az xəbər saytı

İsrail ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib




İsrail Hərbi Hava Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və hər an qonşu Livana sarsıdıcı zərbə endirməyə qadirdir.

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsrail Hərbi Hava Qüvvələrinin komandanı general-mayor Tomer Bar ölkənin şimalında yerləşən yaşayış məntəqələrinin administrasiyalarının rəhbərləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkənin sərhədindəki əməliyyat vəziyyəti müzakirə olunub. Bar Livanın cənubunda şiə Hizbullah təşkilatının silahlı birləşmələrinin mövqelərinə müntəzəm zərbələr endirən İsrail aviasiyasının hərəkətləri barədə məlumat verib.

“Biz müharibəyə hazırıq, bütün əməliyyat planlarının həyata keçirilməsi üçün bütün məsuliyyəti İsrail Hərbi Hava Qüvvələri öz üzərinə götürür”, deyə qeyd edib.

 

BAKU.WS

Oxşar xəbərlər

İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livandakı “Hizbullah”ın hədəflərinə yeni aviazərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Livan ərazisinə cavab zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın infrastrukturuna zərbələr endirdiyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər