İsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib
İsrail Hərbi Hava Qüvvələri HƏMAS-ın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) Qəzza zolağının şimal-şərqində yerləşən məktəbin yaxınlığındakı obyektinə zərbələr endirib.
Bu barədə “Report” İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidmətinə istinadən xəbər verir.
“İsrail Hərbi Hava Qüvvələri Əş-Şatidəki UNRWA məktəbindən fəaliyyət göstərən və əməliyyat nöqtəsi və ya görüş yeri kimi təyin edilən HƏMAS terrorçularına məxsus konteynerə hava zərbələri endirib. HƏMAS terrorçuları məhv edilib”, - məlumatda deyilir.
“HƏMAS BMT məktəbinin binasından terror fəaliyyəti üçün pərdə kimi istifadə edərək hücumlar həyata keçirib”, - mətbuat xidməti qeyd edib və xüsusilə vurğulanıb ki, aviazərbələrdən əvvəl mülki əhaliyə dəyən zərəri minimuma endirmək üçün zəruri addımlar atılıb.
Zərbə yülsək dəqiqliklə idarə olunan hərbi sursatlardan istifadə edilərək həyata keçirilib.
Oxşar xəbərlər
İsrail ordusu tunel şəbəkəsində döyüşə girdi
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
İsrail ordusu Livan ərazisinə cavab zərbələri endirib
İsrail HHQ Hələb hava limanına zərbələr endirib
İsrail ordusu Qəzzanın şimalında HƏMAS liderinin qərargahını məhv edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Atletiko" "Barselona"nı darmadağın etdi
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"












