Türkiyəli aktyor 82 yaşında vəfat etdi - FOTO
sizinxeber.az xəbər saytı

Türkiyəli aktyor 82 yaşında vəfat etdi - FOTO




Aktyor Şener Kökkaya 82 yaşında vəfat edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə aktyorun həmkarı Zafer Algöz məlumat yayıb.

"Sevimli aktyor dostumuz Şener Kökkaya da vid etdik. Allah rəhmət eləsin, başımız sağ olsun" - deyə, o, qeyd edib.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sosial şəbəkə hesabında bu barədə paylaşım edilib və aktyorun yaxınlarına başsağlığı verilib:

"Adana Dövlət Teatrının əməkdar artistlərindən Şener Kökkayanın vəfatını dərin kədərlə öyrəndik. Allah mərhumun ailəsinə və yaxınlarına səbr versin. Başsağlığı diləyirik".

Şener Kökkaya bu gün Ankara Karşıyaka məzarlığında torpağa tapşırılıb.

Xatırladaq ki, aktyorluq fəaliyyətinə 1957-ci ildə Eskişehirdə həvəskar teatrla başlayan Şener Kökkaya, Eskişehir Oda Teatrı və Eskişehir Bələdiyyə Şəhər Teatrında bir çox tamaşalarda rol alıb.

Ankara İncəsənət Teatrında 1982-ci ilə qədər aktyorluq və səhnə rəhbərliyi vəzifələrində çalışıb. 1970-ci illərdə TRT-də xəbər saatından əvvəl yayımlanan və Savaş Yurttaş ilə birlikdə təqdim etdiyi "5 dəqiqə" proqramı ilə daha da məşhurlaşıb.

Aktyor “Organize İşler”, “Vizontele” və “Vizontele Tuuba” kimi filmlərdə də rol alıb.

Sizinxeber.az
QALEREYA

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Aleksandr Şirvindtin ailəsinə və yaxınlarına başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əməkdar artist Təvəkkül Əliyevin anım günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövşən Nəcəf akademik Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər