Putin Aleksandr Şirvindtin ailəsinə və yaxınlarına başsağlığı verib
sizinxeber.az xəbər saytı

Putin Aleksandr Şirvindtin ailəsinə və yaxınlarına başsağlığı verib


Rusiya Prezidenti Vladimir Putin teatr və kino aktyoru, rejissor, Satira Teatrının keçmiş bədii rəhbəri Aleksandr Şirvindtin ölümü ilə bağlı onun ailəsinə və yaxınlarına başsağlığı verib.

“Report”un TASS-a istinadən məlumatına görə, bu barədə jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov deyib ki, Prezident aktyorun ailəsinə və yaxınlarına başsağlığı teleqramı göndərəcək.

Aleksandr Şirvindtin xəstəxanada ölümü barədə daha əvvəl həmkarı Sergey Qazarov məlumat yayıb.

Şirvindt bu gün 89 yaşında vəfat edib. O, “Taleyin ironiyası” və “İki nəfərlik vağzal” filmlərindəki rolları ilə tanınıb. O, 2000-2021-ci illərdə Satira Teatrının bədii rəhbəri, 2021-ci ildə isə teatrın prezidenti olub.

Bundan əvvəl aktyor Aleksandr Voevodin Aleksandr Şirvindtin son vaxtlar özünü yaxşı hiss etmədiyini də bildirib.

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyi Aygün Bəylərin ölümü ilə bağlı nekroloq yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putinlə Lukaşenko bu tarixdə Soçidə görüşəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövşən Nəcəf akademik Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Peskov: "Putin və Paşinyan Aİİ və MDB sammitləri çərçivəsində danışıqlar apara biləcəklər" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər