Əməkdar artist Təvəkkül Əliyevin anım günüdür
sizinxeber.az xəbər saytı

Əməkdar artist Təvəkkül Əliyevin anım günüdür


Yanvarın 23-ü aktyor, Əməkdar artist Təvəkkül Əliyevin anım günüdür.
Təvəkkül Əjdər oğlu Əliyev 1951-ci il avqustun 21-i Neftçala rayonunda anadan olub.
1973-cü ildən Lənkəran Dövlət Dram Teatrında çalışan aktyor onlarla tamaşada müxtəlif səpkili obrazlar yaradıb. Teatr fəaliyyəti ilə yanaşı, “Yanmış körpülər”, “Cavad xan”, “Bağışla, gələ bilmədim”, “Xəstə oruc”, “Məni iri planda çəkmə” və s. filmlərdə də çəkilib.
Yaradıcılıq uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına və “Tərəqqi” medalına layiq görülüb.
2017-ci il yanvarın 23-ü vəfat edib, Bakıda Zabrat qəbiristanlığında torpağa tapşırılıb.
Allah rəhmət etsin!

Oxşar xəbərlər

Xalq artisti Ramiz Məlik vəfat etdi [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xalq artisti Rafael Dadaşovun doğum günüdür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alim Qasımov: “Aygünün ölüm xəbərini eşitdim, özümə gələ bilmirəm” - AÇIQLAMA [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aygün Bəylər vəfat edib - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər