Hindistanda həkim zorlanaraq öldürüldü, insanlar küçələrə axın etdi
Hindistanda həkimin zorlanaraq öldürülməsindən sonra küçələr xaos meydanına çevrilib.
Sizinxeber.az xəbər verir ki, Qərbi Benqal əyalətində xəstəxanada həkimin zorlanması və ölümünə reaksiya verən nümayişçilərlə polis arasında qarşıdurma baş verib.
Şəhərinin mərkəzində toplaşan nümayişçilər ştatın Baş Katibliyinə doğru yürüş ediblər.
Nümayişçilərə yürüş etməyə icazə verməyən polis etirazçılara qarşı gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib. Etirazçılar təhlükəsizlik qüvvələrinə də daş və çubuqlar atıblar.
Mətbuata əks olunan görüntülərdə bəzi etirazçıların polislə qarşıdurma zamanı baryerləri yıxaraq təpiklədiyi görülüb.
Hadisələrdə ölən və ya yaralananların olub-olmaması ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Qeyd edək ki, Benqalın Kolkata şəhərindəki RG Kar Tibb Kollecində işləyən 31 yaşlı qadın seminarların keçirildiyi otaqda yatıb. Səhər həmkarları qadının cansız, yarıçılpaq və müxtəlif yerlərində ağır yaralar olan bədənini aşkar ediblər.
Oxşar xəbərlər
Hindistanda həkimin öldürülməsi 4 şəhərdə tibbi işçilərini ayağa qaldırdı - FOTO
Hindistanda tibb işçisinin öldürülməsi ümummilli tətillə nəticələnə bilər
Fransa polisi etirazçılara qarşı güc tətbiq edib
Banqladeşdə etirazlar zamanı toqquşmalarda 12 nəfər ölüb
Venesuelanın paytaxtında etirazlar zamanı atəş səsləri eşidilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













