Hindistanda həkimin öldürülməsi 4 şəhərdə tibbi işçilərini ayağa qaldırdı - FOTO
sizinxeber.az xəbər saytı

Hindistanda həkimin öldürülməsi 4 şəhərdə tibbi işçilərini ayağa qaldırdı - FOTO




Hindistanın paytaxtı, eləcə də Puna (Maharaştra ştatı), Caypur (Rədcastan ştatı), Laknau (Uttar-Pradeş ştatı) şəhərlərinin tibb işçiləri, Qərbi Benqal ştatının Kolkata şəhərində bir həkimin xəstəxanada zorlanaraq öldürülməsindən sonra tətilə qoşulublar.

BAKU.WS xəbər verir ki, bu barədə "The Indian Express" qəzeti məlumat yayıb.

Həkimlər ambulator şöbələrdə işi dayandıracaqlarını elan ediblər, bu da xəstəxanalarda uzun növbələrin yaranmasına səbəb olub. Həkimlər hadisənin araşdırılmasını və qadının ölümündə təqsirkar olan şəxsin ədalətli şəkildə cəzalandırılmasını tələb edirlər.

Hər gün 10 min xəstəni qəbul edən Nyu-Dehlidəki ən böyük xəstəxana olan Hindistanın Tibb Elmləri İnstitutunun (AIIMS) ambulator şöbəsi xəstələrin qəbulunu 20% azaldıb.

Qeyd edək ki, 10 avqustda Kolkata şəhərində "RG Kar" xəstəxanasında həkimin zorlanaraq öldürülməsindən sonra həkimlər və tələbələrin iştirakı ilə etiraz aksiyaları başlayıb. Hindistan Tibb Assosiasiyası (IMA) bu işlə bağlı dərhal tədbir görülməsini istəyib və bütün ölkə üzrə etiraz aksiyalarının keçiriləcəyi barədə xəbərdarlıq edib.

BAKU.WS
QALEREYA

Oxşar xəbərlər

Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda iki üzlü körpə doğulub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumıniyada 17 xəstəni öldürən həkimlər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mərkəzi Neftçilər Xəstəxanasında icbari tibbi sığorta ilə olunan əməliyyata görə pul tələb ediblər? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda evin divarının çökməsi nəticəsində doqquz azyaşlı ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər