HƏMAS Siyasi Bürosunun rəhbəri qadın paltarında gizlənib
sizinxeber.az xəbər saytı

HƏMAS Siyasi Bürosunun rəhbəri qadın paltarında gizlənib




HƏMAS Siyasi Bürosunun rəhbəri qadın paltarında izdihamın arasında gizlənib.

Sizinxeber.az xarici mediaya istinadən xəbər verir ki, Fələstin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvar Qəzza zolağında yeraltı bunkerlərdəki sığınacaqlarını dəyişməyə və hərəkət edərkən qadın paltarı geyinmiş dinc əhali arasında İsrailin zərbəsindən gizlənməyə məcbur olub. Bu barədə “Maariv ” qəzeti məlumat yayıb.

Onun sözlərinə görə, təxminən 10 gün əvvəl İsrail hərbçiləri Qəzzada sığınacaq kimi istifadə etdiyi tuneldə Sinvarı ələ keçirməyə yaxın olublar. 

"Onun qəhvəsi hələ də isti idi", o vaxtdan bəri "qadın paltarında" "izdiham arasında gizlənir" ki, İsrail PUA-ları tərəfindən aşkarlanmasın", - nəşr öz mənbələrinə istinadən yazıb.

Qəzet qeyd edir ki, İsrail ordusu hesab edir ki, Sinvarın ələ keçirilməsi və ya öldürülməsi HƏMAS hərəkatının idarəetmə iyerarxiyasının dağılmasına  gətirib çıxara bilər. Radikalların Siyasi Büro rəhbəri hər 24-36 saatdan bir yerini dəyişir və təhlükəsizliyindən narahatdır.


Sizinxeber.az

Oxşar xəbərlər

Yəhya Sinvar HƏMAS-ın siyasi bürosunun yeni rəhbəri seçilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS liderləri üçün yeni plan hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-ın yeni rəhbərini də məhv etmək niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
HƏMAS-ın yeni lideri İsraillə atəşkəsə dair razılığa gəlmək istəyir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər