Kventin Tarantino Alek Bolduini adam öldürməkdə günahlandırır
Rejissor Kventin Tarantino aktyor Alek Bolduini "Rust" filminin çəkilişində kinematoqraf Qalina Hatçinsi öldürməkdə ittiham edib. O açıqlamasında Bolduinin qismən məsuliyyət daşıdığını bildirib.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, rejissor 90% məsuliyyəti silah ustası Hannah Gutierrez-Reidinə, qalan məsuliyyəti isə Alek Bolduinə yükləyib:
"Bu vəziyyətdə, silah ustası və çəkilişlərdə silahları idarə edən adam, bu silahlarla bağlı baş verənlərin 90%-i üçün məsuliyyət daşıyır.
Aktyorlar səhnələrdə silahdan istifadə etməzdən əvvəl problem olub-olmadığını şəxsən yoxlamalıdırlar".
Xatırladaq ki, 2021-ci ildə "Rust" filminin çəkilişləri zamanı Bolduin doldurulmuş silahdan atəş açıb.
Hadisə nəticəsində operator Qalina Hatçins və rejissor Coel Souza yaralanıblar.
Rejissoru bir neçə saatdan sonra xəstəxanadan buraxıblar, Hatçinsin isə həyatını xilas etmək mümkün olmayıb.
Oxşar xəbərlər
Kartof ölüm riskini azaldır
Xalq artisti Ramiz Məlik vəfat etdi
Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda dəfn olunacaq
Rejissor xroniki ağciyər xəstəliyindən əziyyət çəkir - Evdən çölə çıxa bilmir - FOTO
"V Müasir Audiovizual Baxış" Mükafatının təqdimetmə mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













