Hava limanında qayçı itdi, uçuşlar ləğv edildi
Yaponiyanın "New Chitose" hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.
Sizinxeber.az yapon mətbuatına istinadən xəbər verir ki, Yaponiyanın Hokkaydo şəhərindəki "New Chitose" hava limanında mağazadan qayçı yoxa çıxıb.
Terminaldakı mağazadan qayçı itdiyi üçün təhlükəsizlik yoxlamaları təxminən iki saat dayandırılıb və yüzlərlə sərnişin hava limanında qapalı qalıb.
Gediş salonundakı sərnişinlər yenidən təhlükəsizlik yoxlamalarından keçməli olublar, bu da böyük növbələr və sıxlıq yaradıb.
Səlahiyyətlilər itən qayçını ertəsi gün həmin mağazada tapıblar. Bu hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmayıb: bəziləri hava limanını məsuliyyətli və təhlükəsiz olduğunu düşünsələr də, bəziləri bir qayçı üçün o qədər gözləməyi tənqid ediblər.
"New Chitose" Yaponiyanın ən işlək hava limanlarından biri kimi tanınır.
Qeyd edək ki, hava limanında qayçı itdikdən sonra 36 reys təxirə salınıb, 201 reys gecikib.
Oxşar xəbərlər
Frankfurt hava limanında etiraz aksiyası keçirən ekofəallar saxlanılıblar - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabiha Gökçen hava limanında sabah uçuşların sayı azaldılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ermənistana gələnlərin sayı azalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tehran hava məkanını bütün uçuşlar üçün bağlayıb? [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












