KİV: Rusiya sərhədçiləri İrəvan hava limanından çıxarılacaq
Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” Beynəlxalq Hava Limanından çıxarılacaq.
"Report" xəbər verir ki, bu barədə Ermənistan mediasına yüksək vəzifəli mənbə bildirib.
Onun sözlərinə görə, bu proses yaxın vaxtlarda baş verəcək.
Rəsmi şəxs bu qərarın nədən qaynaqlandığını açıqlamasa da, onun siyasi olduğunu deyib.
Qeyd edək ki, Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında yerləşdirilməsi hökumətlərarası razılaşma ilə tənzimlənmir. Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları ilə Rusiya Federal Təhlükəsizlik Xidməti arasında imzalanmış sənədə əsasən, Rusiya sərhədçiləri hava limanında xidmət edir.
Ermənistan Milli Təhlükəsizlik Xidmətini məsələ ilə bağlı heç bir məlumatın olmadığını bildirib.
Ermənistan ərazisində Rusiya sərhəd qoşunlarının statusunu və fəaliyyətini tənzimləyən saziş 1992-ci ildə imzalanıb. Lakin bu müqavilədə hava limanı xidməti ilə bağlı bənd yoxdur.
Oxşar xəbərlər
KİV: Rusiya sərhədçiləri İrəvanın Zvartnots aeroportundan çıxarılacaq
İrəvan rus kanallarını bağlayır, KTMT-dən çıxır - Zatulin
Rusiya və Ermənistan operativ kommunikasiya kanalları yaradıblar
Zaxarovadan Ermənistan XİN-ə şillə kimi cavab
Çin Rusiya aviaşirkətinin reyslərini qəbul etməkdən imtina edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













