Frankfurt hava limanında etiraz aksiyası keçirən ekofəallar saxlanılıblar - YENİLƏNİB
Frankfurt hava limanı polisi bu gün səhər uçuş-enmə zolağına daxil olaraq hava limanının fəaliyyətinin təxminən iki saat dayanmasına səbəb olan 8 ekofəalı həbs edib.
“Report” xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.
Qeyd edəki ki, hava limanında ekofəalların etiraz aksiyasına görə bu günə planlaşdırılan 1,4 min reysdən 140 reys ləğv edilib.
Almaniyanın Frankfurt hava limanında ekofəalların etiraz aksiyasına görə ən azı 140 reys ləğv edilib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə aeroportun mətbuat xidməti məlumat yayıb.
Günün sonuna qədər reyslərdə gecikmələr gözlənilir.
Məlumata görə, “Sonuncu nəsil” hərəkatının ekofəallarının uçuş-enmə zolağına daxil olması səbəbindən Frankfurt hava limanı səhər saatlarında fəaliyyətini dayandırıb.
Bildirilib ki, ekofəallar Almaniya hökumətindən 2030-cu ilə qədər neft, qaz və kömürdən tədricən imtinanı tənzimləyən beynəlxalq sazişin hazırlanmasına və imzalanmasına kömək etməyi istəyib.
Onlar xəbərdarlıq edib ki, digər ölkələrin, o cümlədən Böyük Britaniya, Avstriya, Niderland, İsveçrə, Kanada, ABŞ və Norveçin hava limanlarında oxşar vətəndaş etirazları planlaşdırılıb.
Oxşar xəbərlər
KİV: Nepalda qəzaya uğrayan təyyarədə texniki heyət olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tehran hava məkanını bütün uçuşlar üçün bağlayıb? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nepalda təyyarə qəzasında ölənlərin sayı 18 nəfərə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail hava məkanını açıb, Ben Qurion hava limanı fəaliyyətini bərpa edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Hələb hava limanına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












