İsrail İranın hücumu zamanı Britaniya və Fransanın dəstəyinə ümid edir
İsrailin xarici işlər naziri İsrael Katz Böyük Britaniya və Fransadan olan həmkarları ilə Qüdsdə görüş keçirib. Onların İsrailə səfərinin əsas mövzularından biri İranın İsrailə hücum təhlükəsi olub.
Bunu İsrailin Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
"Xarici işlər naziri Katz, Fransa və Britaniyanın xarici işlər nazirlərinə İsrailin gözləntilərini çatdırıb ki, iki ölkə İrana açıq şəkildə İsrailə hücum etməyin qadağan olduğunu bildirməlidir. Hücum baş verərsə, ABŞ-nin rəhbərlik etdiyi koalisiya İsrailə yalnız müdafiə məsələsində deyil, həm də İrandakı mühüm obyektlərə qarşı cavab zərbəsinə qoşulmalıdır",-deyə məlumatda qeyd olunur.
Rəsmi Təl-Əviv hesab ediur ki, əgər İranın İsrailə qarşı birbaşa və ya proksi qüvvələrlə hücumu dayanmazsa, Tehran strateji və iqtisadi sahələrdə böyük bir bədəl ödəməli olacaq və bu, genişmiqyaslı müharibəni qarşısını almağın yeganə şansıdır.
Oxşar xəbərlər
Bayden: İranın İsrailə hücumu uğursuz oldu [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya və Fransanın XİN başçıları İsrailə səfər edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin xarici işlər naziri İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
XİN başçısı: BMT TŞ-nin hərəkətsizliyinə görə İran İsrailə cavab vermək məcburiyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İtaliyanın xarici işlər naziri: İranın İsrailə cavabı qaçılmazdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













