sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Bayden: İranın İsrailə hücumu uğursuz oldu
ABŞ Prezidenti Cozef Bayden hesab edir ki, İranın İsrailə hücumu uğursuz olub, yəhudi dövləti qələbə qazanıb.
"Report"un məlumatına görə, bu barədə CNN mənbələrə istinadən xəbər yayıb.
Onların sözlərinə görə, Bayden İsrailin Baş naziri Binyamin Netanyahu ilə söhbətində deyib ki, İranın hücumu uğursuz olduğu üçün yəhudi dövləti bu günü qələbə hesab edə bilər. Bayden əlavə edib ki, İsrailin hərəkətləri onun üstün hərbi imkanlarını nümayiş etdirir.
Telekanal ABŞ administrasiyasının rəsmisinə istinadən xəbər verib ki, Bayden Netanyahu ilə telefon danışıqları zamanı Vaşinqtonun İrana qarşı hücum əməliyyatlarında iştirak etməyəcəyini də bildirib.
Oxşar xəbərlər
KİV: ABŞ İrana qarşı iri miqyaslı hücuma hazırlaşır
Bayden: “İranın açıq təhdidləri qarşısında İsraili tam dəstəkləyirik”
Bayden Netanyahuya humanitar işçilərə hücumların qəbuledilməz olduğunu söyləyib
Bayden Netanyahuya Qəzzaya humanitar yardımın artırılmasının vacibliyini bildirib
Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













