İsrailin xarici işlər naziri İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb
İsrailin xarici işlər naziri İsrael Kats beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Onun sözlərinə görə, İsrail Hərbi Hava Qüvvələri iyulun 20-də İranın Yəməndəki terrorçu qoluna zərbə endirib:
“Beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları mümkün qədər gücləndirməsinin vaxtı çatıb. Onun (İran – Red) rəhbərliyi altında husilər naviqasiya azadlığına və ticarət yollarına ölümcül ziyan vurur. İran İsrailə hücum etmək üçün istifadə etdiyi regional terror qruplaşmasından biri olan husiləri dəstəkləyir, öyrədir və maliyyələşdirir. Yəhudi dövləti buna dözməyəcək və ya geri çəkilməyəcək, ancaq öz vətəndaşları üçün təhlükə yaradan hər kəsə zərbə endirəcək”.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hudeydə limanı yaxınlığındakı hərbi obyektlərə zərbələr endirib.
Oxşar xəbərlər
İsrail təyyarələri Yəmənin neft anbarlarını bombalayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
G7-nin XİN başçıları İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HHQ Hələb hava limanına zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu HƏMAS-ın UNRWA məktəbinin ərazisindəki obyektinə zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Müharibə başladı: İran İsrailə zərbə endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












