ABŞ-nin İtaliyadakı səfiri Baydenin oğlunun xahişini yerinə yetirməyib
ABŞ prezidenti Co Baydenin oğlu Hunter 2016-cı ildə idarə heyətinin üzvü olduğu Ukraynanın enerji şirkəti "Burisma Holdings" üçün ABŞ-ın İtaliyadakı səfirinə müraciət edib.
Bu barədə “The New York Times” Dövlət Departamentinin sənədlərinə istinadən yazır.
Nəşr qeyd edir ki, Hunter Amerika səfirinə ən azı bir məktub yazıb. O məktubda İtaliyanın Toskana bölgəsində "Burisma"nın gəlirli geotermal layihəsinə köməklik etməsini xahiş edib. Baydenin oğlu Toskana rəhbəri ilə Ukrayna şirkətinin nümayəndəsi arasında görüş təşkil olunmasını istəyib.
Qəzetin yazdığına görə, ABŞ-nin İtaliyadakı missiyası Hanter Baydenin hansısa xarici şirkətin maraqlarından çıxış etməsini təəccüblə qarşılayıb və ona cavab verib ki, Ticarət Nazirliyinin icazəsi olmadan İtaliya hökuməti ilə qarşılıqlı əlaqədə ola bilməz.
Hanterin vəkili “The New York Times” qəzetinə bildirib ki, müvəkkilinin İtaliyadakı ABŞ nümayəndəliyinə müraciəti nəticə verməyib, onun tələb etdiyi görüş təşkil olunmayıb, layihə həyata keçirilməyib.
Co Baydenin kiçik oğlu Hanter Bayden 2014-cü ilin aprelində Ukraynanın "Burisma" qaz şirkətinin direktorlar şurasının üzvü olub. O, hüquqi bloka nəzarət etməli və şirkəti beynəlxalq təşkilatlarda tanıtmalı idi.
Oxşar xəbərlər
Məni öldürməyə çalışırlar - Baydenin oğlu
Baydenin oğlundan Konqresə hörmətsizlik - CƏZALANDIRILACAQ
KİV: “TikTok”un qadağan edilməsi Baydenin gənclər arasında dəstəyini zəiflədəcək
Baydenin oğlunun vergidən yayınması ilə bağlı məhkəməsi sentyabrın 9-da başlayacaq
Baydenin oğlu rumıniyalı iş adamından milyonlarla dollar alıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"












