KİV: “TikTok”un qadağan edilməsi Baydenin gənclər arasında dəstəyini zəiflədəcək
Gənc seçicilər arasında ABŞ prezidenti Cozef Baydenə dəstək Çinin ByteDance şirkətindən “TikTok” platformasını satmasını və ya Amerika ərazisində qadağan etməsini tələb edən qanuna görə zəifləyə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Nəşr qeyd edib ki, “TikTok” istifadəçilərinin əksəriyyəti 30 yaşdan aşağıdır.
Amerika administrasiyasının sosial şəbəkəni bağlamaq istəyi onlar tərəfindən hakim elitanın xəyanəti kimi qiymətləndirilə bilər.
Belə ki, bütün bunlar Baydenin noyabrda yenidən seçilməsinə mane olacaq.
Bundan əvvəl Çin Xalq Respublikasının Ticarət Nazirliyinin rəsmi nümayəndəsi He Yadun bildirib ki, Çin hakimiyyəti ABŞ-ın “TikTok”a qadağa qoymaq planları ilə bağlı lazımi cavab tədbirləri görəcək.
O vurğulayıb ki, Vaşinqton xarici biznesə qarşı hədsiz təzyiqi dayandırmalı və ABŞ-da investisiya yatıran və bizneslə məşğul olan bütün ölkələrin şirkətləri üçün açıq və ayrı-seçkilikdən uzaq mühit təmin etməlidir.
Oxşar xəbərlər
Bu ölkə "TikTok"u qadağan edir
Baydenin yenidən prezident seçilməsinə mane olan amillər açıqlanıb
"TikTok" böyük məbləğdə cərimələnə bilər
“TikTok” ABŞ-də sona qədər hüquqi mübarizə aparacaq
“TikTok”da qız səsi ilə danışdı: Həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













