Baydenin oğlundan Konqresə hörmətsizlik - CƏZALANDIRILACAQ
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden Konqresə hörmətsizlikdə ittiham oluna bilər.
Musavat.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitələri məlumat verib. Konqresmenlər qeyd ediblər ki, dekabrda Hunter Bayden tələb olunduğu kimi prezidentin impiçmenti üzrə məhkəmə prosesinə gəlməkdən imtina edib. Respublikaçıların istintaqını qanunsuz adlandırıb. Hunter Bayden təkid edib ki, ondan tələb olunduğu kimi bağlı qapılar arxasında deyil, yalnız açıq dinləmələrdə ifadə verəcək.
O, ABŞ-də Konqresə hörmətsizlik hesab edilən və məhkəmədə cəzalandırıla bilən qanunvericiliyin tələblərini pozub. Konqresmenlər impiçment işinin bir hissəsi kimi prezident Baydenin oğlunun biznesindən vəsait əldə edib-etmədiyini də öyrənmək niyyətindədir.
Oxşar xəbərlər
Məni öldürməyə çalışırlar - Baydenin oğlu
Bayden 2023-cü ilin ən uğursuz siyasətçisi seçilib
Ərdoğan: “Bayden “F-16” ilə bağlı Konqresə təkliflər verməyə hazır olduğunu bildirib”
İsraili bu ölkəyə hücumdan bir zəng çəkindirib
Bayden 886 milyard dollarlıq müdafiə büdcəsini imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













