Trampdan Çinə gözlənilməz təklif: ABŞ neftindən istifadə edin
ABŞ Prezidenti Donald Trump Çinə enerji təchizatı ilə bağlı yeni təklif irəli sürüb.
Sizinxeber.az xəbər verir ki, Tramp rəsmi Pekinə Fars körfəzi və İran mənbələri əvəzinə ABŞ neftindən istifadə etməyi təklif etdiyini bildirib. O qeyd edib ki, bu məsələni Xi Jinping ilə keçiriləcək görüşdə müzakirə etməyi planlaşdırır.
Prezidentin sözlərinə görə, Çin hazırda neft tələbatının böyük hissəsini Hörmüz boğazı vasitəsilə təmin edir. Tramp Çin tankerlərinin ABŞ sahillərinə, xüsusilə Texas, Luiziana və Alyaska ştatlarına yönləndirilməsini təklif etdiyini vurğulayıb.
O həmçinin bildirib ki, qarşıdakı görüşdə əsas müzakirə mövzularından biri Yaxın Şərqdəki müharibə olacaq.
Qeyd edək ki, Tramp və Si Cinpin arasında görüşün mayın 14-15-də Pekində keçirilməsi planlaşdırılır. Görüşdə tərəflərin enerji və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəyi gözlənilir.
Oxşar xəbərlər
Tramp Hörmüz boğazı üçün "Azadlıq layihəsi"ni elan etdi
Rusiya müvəqqəti atəskəs elan edib
Hövsanda bu saatdan qaz OLMAYACAQ
İstilik və isti suya görə ödənişlə bağlı YENİ TƏLƏB
İran: ABŞ-dən alınan son cavab ekspertlər tərəfindən qiymətləndirilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
