Fransa Durovdan sonra Maska qarşı hərəkətə keçib
Paris Prokurorluğu amerikalı sahibkar İlon Mask və ona məxsus "X" sosial şəbəkəsi ilə bağlı ilkin istintaqa başlayıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə "Le Monde" öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Paris Prokurorluğu mayın 6-da "X" sosial şəbəkəsinin ana şirkəti, onun rəhbəri İlon Mask və 2025-ci ilin yayına qədər sosial şəbəkənin baş direktoru olmuş Linda Yakkarino barəsində ilkin araşdırma başladıb.
Bildirilir ki, araşdırmanın səbəblərindən biri Maskın aprelin 20-də Fransa prokurorluğundakı dindirilməyə gəlməməsi olub.
Ötən ilin dekabrında Fransa "X" sosial şəbəkəsini 120 milyon avro məbləğində cərimələyib. Fransa XİN bu cəriməni Avropanın Rəqəmsal Xidmətlər Qanununun pozulması səbəbilə yalnız başlanğıc adlandırıb. Həmin qanun 2023-cü ilin avqustunda Avropa İttifaqında qüvvəyə minib.
Bundan əvvəl, 2024-cü ilin avqustunda Pavel Durov Parisdəki "Le Bourget Airport" hava limanında saxlanılmışdı. Ona messencer vasitəsilə törədilən cinayətlərdə iştirak ittihamı irəli sürülmüşdü. "Telegram" platformasının qurucusu məhkəmə nəzarəti altına alınmış və 5 milyon avro məbləğində girov ödəməyə məcbur edilmişdi.
Oxşar xəbərlər
İlon Mask Pavel Durovu azadlığa buraxmağa çağırıb
Paris prokurorluğu “X” sosial şəbəkəsi ilə bağlı araşdırmaya başlayıb
İtaliya Baş nazirinin müavini: Pavel Durovdan sonra İlon Mask susdurula bilər
Şəkidə arvadını öldürməkdə təqsirləndirilən şəxsə AĞIR CƏZA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
