Türkiyəyə qar yağıb
Türkiyənin bəzi yüksək dağlıq bölgələrində may ayında qar yağışı müşahidə olunub.
Sizinxeber.az xarici mediaya istinadən xəbər verir ki, Erzincan şəhərinin yüksək hissələrində, xüsusilə dəniz səviyyəsindən 2160 metr yüksəklikdə yerləşən Sakaltutan keçidində qar yağıb. Yağıntı nəticəsində yol kənarları və ətraf ərazilər qismən ağ örtüyə bürünüb. Şəhər mərkəzində isə fasilələrlə yağış yağdığı bildirilib.
Eyni zamanda Bayburt-Erzurum avtomobil yolunda yerləşən və 2409 metr yüksəklikdə olan Kop dağı keçidində də qar yağışı qeydə alınıb. Bölgədə hava temperaturunun mövsüm normallarından aşağı olduğu vurğulanıb.
Meteorologiya xidmətinin açıqlamasında qeyd olunub ki, bölgə üzrə parçalı və çox buludlu hava şəraiti davam edəcək, bəzi ərazilərdə yağış və leysan gözlənilir. Yüksək dağlıq zonalarda isə sulu qar və qar yağacağı ehtimal edilir.
Bundan əlavə, yüksək qar örtüyünün olduğu dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib və vətəndaşlara ehtiyatlı olmaq tövsiyə olunub.
Oxşar xəbərlər
Apreldə Bakı və Abşeronda temperatur 21 gün normadan yuxarı olub
Bəzi yerlərə intensiv yağış, Şahdağa qar yağır
Filippində 6 bal gücündə zəlzələ olub
Sabah 23 dərəcə isti gözlənilir - PROQNOZ
Hövsanda bu saatdan qaz OLMAYACAQ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
