Alimlər “qışqıran” Misir mumiyasının ölümünün sirrini açıblar
sizinxeber.az xəbər saytı

Alimlər “qışqıran” Misir mumiyasının ölümünün sirrini açıblar




Misirin Qahirə Universitetinin alimləri “qışqıran” mumiya üzərində araşdırma aparıblar. O, qeyri-adi üz ifadəsi ilə dünyada məşhurlaşıb.

Sizinxeber.az Mir24.tv-ə istinadən xəbər verir ki, qadın təxminən 3500 il əvvəl ölüb. Onun cəsədi 1935-ci ildə məşhur memar Senmutun məzarı altındakı taxta sarkofaqda tapılıb.

Sarkofaqda "qışqıran" mumiyanın adı göstərilməyib. Onun Senmut ailəsinin üzvü olduğu güman edilir.

Yeni araşdırmada alimlər kompüter tomoqrafiyası və rentgen analizindən istifadə ediblər. Dərini, saçını və uzun qara parikini yoxlayıblar.

Nəticələr göstərib ki, qadının boyu 1,55 m olub, 48 yaşında dünyasını dəyişib. Sümüklərdə, o cümlədən onurğada artrit əlamətləri var idi. Bununla belə, tədqiqatçılar mumiyalama üçün heç bir kəsik tapmayıblar. Bədəndəki bütün daxili orqanlar öz yerində olub.

"Bu gözlənilməz oldu, çünki Yeni Krallıqda (e.ə. 1550-1069) klassik mumiyalama üsulu ürəkdən başqa bütün orqanların çıxarılmasını nəzərdə tuturdu", -deyə alimlər izah ediblər.

Bu cür nöqsanlara kasıb insanların mumiyalanması zamanı rast gəlinirdi. Amma burda bir nüans onun heç də kasıb olmadığını göstərir. Belə ki, qadın qızıl və gümüş üzüklərlə dəfn edilib.

Alimlər qadının ağzının açıq olması səbəbini, mumiyalayan şəxslərin onun ağzını bağlamağı unutması ilə əlaqələndirirlər.

 Onların fikrincə, qadın böyük əzab içində dünyasını dəyişib və kadavra spazmı səbəbindən onun üzü ölüm anında olduğu kimi qalıb.

Sizinxeber.az

Oxşar xəbərlər

Alimlər istilər səbəbindən gələcəkdə bir sıra ölkələrdə yaşamağın qeyri-mümkün olacağını proqnozlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alimlər fırıldaqçıların yaşlı insanları niyə daha asan aldatdıqlarının səbəbini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çində tironozavrın yeni növü tapıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alimlər: Ev itləri və pişikləri sahiblərini təhlükəli bakteriyalara yoluxdura bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Alimlər ilk dəfə insana mexaniki ürək köçürdülər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər