Tramp Maskdan qızıl açarı Ağ Evə qaytarmağı tələb etməyəcək
sizinxeber.az xəbər saytı

Tramp Maskdan qızıl açarı Ağ Evə qaytarmağı tələb etməyəcək


Donald Tramp amerikalı sahibkar İlon Maskdan Hökumətin Səmərəliliyi İdarəsinin (DOGE) kuratoru kimi fəaliyyətinə görə ona verilən simvolik qızıl açarı Ağ Evə qaytarmağı tələb etməyəcəyini bildirib.

"Sizinxeber.az"un məlumatına görə, ABŞ Prezidenti bunu təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Xeyr (istəməyəcəyəm-red), mən əşyaları geri götürmürəm”, - Tramp vurğulayıb.

ABŞ lideri qeyd edib ki, o, Çin, Rusiya və İranla bağlı problemlərlə o qədər məşğuldur ki, İlon Mask haqqında düşünmür”. "Mən ona yalnız xoş şeylər arzulayıram", - Tramp əlavə edib.

O, həmçinin bildirib ki, onu Maskla barışmağa yönəlmiş səylərdə maraqlı deyil. "Səylər edilir, lakin bu məni xüsusi maraqlandırmır. Məni ölkənin qarşısında duran problemlərin həllinin zəruriliyi maraqlandırır", - Ağ Evin sahibi bildirib.

Oxşar xəbərlər

Tramp Maskdan məyus olub
Tramp və İlon Mask arasında münasibətlər gərginləşir
AP: Mask Tramp administrasiyasından gedir
KİV: Tramp Mask ilə mübahisə zamanı Rubionun tərəfini tutub
Ağ Ev: Tramp Mask ilə danışmaqda maraqlı deyil

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər