Tramp İranı uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla hədələyib
sizinxeber.az xəbər saytı

Tramp İranı uranı zənginləşdirəcəyi təqdirdə fəsadlarla hədələyib


İran hakimiyyəti uranı zənginləşdirməməlidir, əks halda ABŞ-nin fəsadları ilə üzləşəcək.

"Sizinxeber.az"un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp Vaşinqtondan Nyu Cersi ştatına uçan təyyarəsinin göyərtəsində jurnalistlərə deyib.

Ondan İranın ali dini lideri Ayətullah Əli Xamneyinin ölkəsinin uranı zənginləşdirməyə qadir olmasının zəruriliyi barədə sözlərini şərh etməsi istənilib. "Onlar (uranı) zənginləşdirməyəcəklər. Zənginləşdirsələr, o zaman biz başqa cür hərəkət etməli olacağıq. Mən bunu başqa cür etmək istəmirəm, amma bizim seçimimiz olmayacaq. Zənginləşdirmə olmayacaq", - Tramp cavab verib.

Lakin o, hansı addımlardan danışdığını dəqiqləşdirməyib.

Oxşar xəbərlər

Tramp: ABŞ nüvə razılaşması çərçivəsində İrana uranı zənginləşdirməyə icazə verməyəcək
Netanyahu: İranla razılaşma onu uranı zənginləşdirmək imkanından məhrum etməlidir
Xamenei: Donald Tramp İranı bombalamaq hədəsinə əməl etsə, güclü zərbə ilə üzləşəcək
Tramp Çinə tarifləri azaldacaq
Tramp İranın nüvə sazişi təklifini qəbul edəcəyinə ümid bəsləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər