sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kreml Trampın Rusiya-Ukrayna münaqişəsi ilə bağlı dedikləriylə razı deyil
Rusiya ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə münaqişəni “iki uşaq arasındakı dava” sözləri ilə ifadə etməsiylə razılaşmır.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya üçün bu, milli maraqlar və təhlükəsizlik məsələsidir.
“ABŞ prezidentinin burada, şübhəsiz ki, öz nöqteyi-nəzəri ola bilər. Amma bizim üçün bu, ekzistensial məsələdir, milli maraqlarımızla bağlı məsələsidir”, - Kreml nümayəndəsi deyib.
O, həmçinin bəyan edib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həllində vasitəçilik etməkdə davam edir və Moskva buna görə minnətdardır.
Oxşar xəbərlər
Peskov: Rusiya və ABŞ Rusiya-Ukrayna münaqişəsinin həlli üzrə çalışır
Peskov: Minsk Rusiya, ABŞ və Ukrayna liderləri arasında danışıqlar üçün ən yaxşı yerdir
Kreml: Rusiya Ukrayna ilə İstanbul danışıqlarına hazırlaşır
Kreml: Rusiya Ukrayna ilə ərazi mübadiləsi mövzusunu müzakirə etməyəcək
Peskov: Kreml Trampın Ukrayna məsələsinə yanaşmasını balanslı hesab edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
