ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin hakimlərinə sanksiyalar tətbiq edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) dörd hakiminə Amerika hərbçilərinə və İsrail rəhbərliyinə qarşı “qanunsuz hərəkətlər”ə görə sanksiyalar tətbiq edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin saytında yerləşdirilmiş ABŞ dövlət katibi Marko Rubionun bəyanatında deyilir.
Sənəddən məlum olub ki, sanksiyalar Uqanda, Peru, Benin və Sloveniyadan olan BCM hakimlərinə tətbiq edilib.
“Bu şəxslər BCM-in ABŞ və İsrailin razılığı olmadan Amerika və İsrail vətəndaşlarını araşdırmaq, saxlamaq, həbs etmək və ya təqib etmək cəhdlərində birbaşa iştirak ediblər”, – Rubio qeyd edib və xatırladıb ki, nə ABŞ, nə də İsrail 1998-ci il Roma Statutunu ratifikasiya edib.
Amerika xarici siyasət idarəsinin mətbuat xidməti tərəfindən yayılmış izahedici qeyddə bildirilir ki, BCM hakimlərinə qarşı sanksiyalar xüsusilə Amerika hərbçilərinin Əfqanıstandakı fəaliyyətinin araşdırılması, həmçinin İsrailin Baş naziri Binyamin Netanyahu və ölkənin keçmiş müdafiə naziri Yoav Qalantın həbsi üçün order verilməsi ilə əlaqədar tətbiq edilib.
Oxşar xəbərlər
Tramp Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir
Tramp Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşlarına qarşı sanksiyalar tətbiq edib - YENİLƏNİB
ABŞ İsrail vətəndaşlarına qarşı sanksiyalar tətbiq edib
ABŞ qanunsuz miqrasiyaya şərait yaradan xarici rəsmilərə qarşı sanksiyalar tətbiq edəcək
İsrail SEPAH-ın Qüds Qüvvələrinin 18 neft tankerinə sanksiyalar tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













