Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
13 
may
2024
02:06

Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir

13 may, 2024
02:06
1 307

Litvada keçirilən prezident seçkilərində Nauseda liderlik edir

Litvanın hazırkı Prezidenti Gitanas Nauseda protokolların 70 %-nin hesablanmasından sonra prezident seçkilərində 47,63% səslə liderdir.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə Litvanın Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Litva Prezidenti beş il müddətinə seçilir. Namizədlər üçün 40 yaş həddi, habelə mənşəyinə görə Litva vətəndaşı olmaq və ən azı son üç il ərzində ölkədə yaşamaq tələbi var.

Qalib gəlmək üçün namizəd səslərin 50%-dən çoxunu almalıdır. Namizədlərin heç biri bunu bacarmasa, iki həftə sonra birinci mərhələnin iki liderinin iştirakı ilə ikinci tur keçiriləcək.

Bizimlə əlaqə saxlayın