Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazır olduğunu açıqlayıb
sizinxeber.az xəbər saytı

Tramp Putin və Zelenski ilə üçtərəfli görüşə hazır olduğunu açıqlayıb


ABŞ Prezidenti Donald Tramp, lazım olarsa, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşə hazırdır.

“Report” xəbər verir ki, bunu Amerika lideri Ağ evdə jurnalistlərlə söhbətində təsdiqləyib.

“Əgər bu, vacibdirsə”, – Tramp adı çəkilən üçtərəfli görüşün perspektivlərini şərh etməsi istəniləndə bildirib.

“Hazırkı mərhələdə biz Prezident Putinlə [görüş] üzərində işləyirik. Görək işlər necə gedir. Mənə elə gəlir ki, hər şey yaxşıdır, amma baxaq”, – Amerika lideri qeyd edib.

Oxşar xəbərlər

Tramp gələn həftə ABŞ-də Zelenski ilə görüşmək niyyətindədir
Trampın müşaviri: “Putinlə görüşə hazırlıq gedir”
Zelenski: Biz Putinlə üçtərəfli görüşlərə hazırıq
Tramp Si Cinpinlə görüşməyə hazır olduğunu təsdiqləyib
Tramp Putinlə dərhal görüşmək istəyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər