

Fransada etiraz edən fermerlər traktorlarla parlament qarşısına gəliblər - YENİLƏNİB
Etiraz edən fermerlər traktorlarla Fransa parlamentinin aşağı palatası olan Milli Assambleya binasına gəliblər. Burada kənd təsərrüfatı haqqında qanun layihəsinin müzakirəsinə başlanılır.
"Report" xəbər verir ki, bu barədə Fransa KİV-i məlumat yayıb.
Onlarla traktor birbaşa parlament binasının qapıları qarşısında yerləşib. Onlara aksiyaya təşkilatçılıq edən FNSEA və “Jeunes Agriculteurs” həmkarlar ittifaqlarının bayraqları bərkidilib.
Məlumata görə, aksiyaya təxminən 200 nəfər qoşulacaq. Təşkilatçıların sözlərinə görə, aksiya şəhər prefekturası ilə razılaşdırılıb.
Bildirilib ki, aqrarçılar qanun layihəsini dəstəkləyirlər, lakin sol partiyalardan olan deputatların təklif etmək niyyətində olduqları çoxsaylı düzəlişlər səbəbindən müzakirənin uzanacağından qorxurlar.
Fransada etiraz edən fermerlər paytaxt İl-de-Frans bölgəsində avtomobil yollarını bağlamağa başlayıblar.
"Report" xəbər verir ki, bu barədə “Parisien” nəşri məlumat yayıb.
Məlumata görə, aksiyalar FRSEA və “Jeunes Agriculteurs” həmkarlar ittifaqlarının çağırışı ilə keçirilir.
"Mayın 26-da səhər saatlarında İl-de-Frans bölgəsinin bir neçə yolunda, xüsusilə Yvelin və Val-d'Oise departamentlərində nəqliyyatın hərəkəti çətinləşib", - nəşr qeyd edib.
Onlar traktorlarla yollarda aşağı sürətlə hərəkət edərək qəsdən nəqliyyat axınını yavaşladırlar.
Ötən həftə fermerlər artıq ölkənin şimalında yerləşən Nor və Pa-de-Kale departamentlərində bir neçə avtomobil yolunu bağlamışdılar. Təsərrüfatçılar bürokratik proseduru sadələşdirməli və pestisidlərin istifadəsinə dair məhdudiyyətləri yenidən nəzərdən keçirməli olan qanun layihəsindən narazıdırlar.
Oxşar xəbərlər
Fransada etiraz edən fermerlər İl-de-Frans bölgəsində avtomobil yollarını bağlayırlar
Hökumətin siyasətindən narazı fermerlər Parisi mühasirəyə alacaqlar
Londonda fermerlər etiraz aksiyasına başlayıblar
Fransada fermerlər sərgiyə gələn Makrona etiraz ediblər
Fransada etiraz edən fermerlərə qarşı zirehli maşınlardan istifadə edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Azərbaycanda 28 May – Müstəqillik Günü qeyd olunur
