Hökumətin siyasətindən narazı fermerlər Parisi mühasirəyə alacaqlar
sizinxeber.az xəbər saytı

Hökumətin siyasətindən narazı fermerlər Parisi mühasirəyə alacaqlar


Fransa hökumətinin siyasətindən narazı olan fermerlər yerli vaxtla saat 14:00-da paytaxtın “mühasirəsi”nə başlayacaqlar.

“Report” xəbər verir ki, bu barədə “Figaro” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Fransa Kənd Təsərrüfatı Həmkarlar İttifaqları Milli Federasiyası (FNSEA) və “Jeunes Agriculteurs” həmkarlar ittifaqı şəhərə gedən 7 magistral yolu bağlamağı planlaşdırır.

“Paris ətrafında bağlanacaq yollarda 1500-2500 traktor ola bilər”, - “Jeunes Agriculteurs”in baş katibinin müavini Kanten Le Qiyu bildirib.

Ümumiyyətlə, FNSEA və “Jeunes Agriculteurs” Fransanın paytaxtına hər hansı mal tədarükünün qarşısını almaq üçün Parisin tam blokadasını təşkil etmək niyyətindədir. Bu etiraz aksiyasının azı 5 gün davam edəcək.

Bundan başqa, bu iki həmkarlar ittifaqı Parisin iki əsas hava limanının – “Şarl de Qoll” və “Orli”ni blokadaya almağı planlaşdırır.

Oxşar xəbərlər

Fransada etiraz edən fermerlərə qarşı zirehli maşınlardan istifadə edilir
Fransanın DİN rəhbəri Parisin blokadasının qarşısının alınması barədə göstəriş verib
İtaliyada fermerlər iki saat mərkəzi magistral yolu bağlayıblar
Fransa polisi bir ailənin 5 üzvünü öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb - YENİLƏNİB
Fransa BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyəni dayandırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər