Fransada fermerlər sərgiyə gələn Makrona etiraz ediblər
Fermerlər Fransada keçirilən yarmarkada Prezident Emmanuel Makrona qarşı şüarlar səsləndirib.
Sizinxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, Makronun iştirak etdiyi Paris kənd təsərrüfatı sərgisinin ərazisinə daxil olan fermerlər “Makron istefa ver” şüarı səsləndirərək, lazım gələrsə, Makronu öz əlləri ilə yarmarkadan uzaqlaşdıracaqlarını deyiblər.
Əraziyə xüsusi polis dəstələri gətirilib. Fəallarla polis arasında qarşıdurma yaranıb, bəzi fermerlər saxlanılıb. Polis etirazçılara bibər qazı ilə müdaxilə edib.
Fermerlər Fransa Prezidentindən ölkədəki “kənd təsərrüfatı böhranı”nı dərk etməsini və ona çarə tapmasını istəyirlər.
Xatırladaq ki, fransalı fermerlər əsasən gəlirlərinin aşağı olmasına, sərt bürokratiya qaydalarına və ədalətsiz rəqabət mühitinə etiraz edirlər.
Onlar bu ayın əvvəlində də etiraz aksiyası keçirərək magistral yolları bağlayıb və ictimai binaların qarşısını çirkləndiriblər.
Oxşar xəbərlər
Argentinanın paytaxtında Mileyin siyasətinə qarşı etiraz aksiyası keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fransada etiraz edən fermerlərə qarşı zirehli maşınlardan istifadə edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabunçuda axtarışda olan silahlı şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
BMT eksperti Bakı Təşəbbüsü Qrupunun Fransanın müstəmləkəçilik siyasəti ilə mübarizədə əhəmiyyətini vurğulayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Paris yaxınlığındakı bazarı ələ keçirməyə cəhd edən fermerlər saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












