KİV: Yaponiya Alyaskadakı LNG layihəsinin rentabelliyinə şübhə edir
sizinxeber.az xəbər saytı

KİV: Yaponiya Alyaskadakı LNG layihəsinin rentabelliyinə şübhə edir


ABŞ Prezidenti Donald Tramp ticarət kəsirini və Amerika tərəfinin xərclərini azaltmaq üçün Yaponiya və digər Asiya ölkələrinin Alyaskadakı LNG layihəsində iştirakına ümid etsə də, Tokio layihənin rentabelliyinə şübhə edir.

"Report" xəbər verir ki, bu barədə "Yоmiuri" qəzeti məlumat yayıb.

Söhbət Alyaskadakı yataqdan gedir. Oradan tədarükləri həyata keçirmək üçün yatağı ABŞ-nin qərb sahilindəki liman ilə birləşdirəcək boru kəməri tikilməlidir ki, oradan da yanacağın Asiyaya ixrac edilməsi planlaşdırılır. Onun uzunluğu 1,3 min km təşkil edəcək, layihənin dəyəri isə 6 trilyon yen (təxminən 44 milyard dollar) qiymətləndirilir.

Yaponiyanın amerikan LNG idxalının artırılması perspektivləri Yaponiya Baş naziri Sigeru İsiba ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşdə müzakirə edilib. Qəzetə görə, Trampın administrasiyası bu məsələdən Tokio ilə gömrük rüsumları üzrə danışıqlar zamanı alətlərdən biri kimi istifadə edə bilər.

Lakin qəzetin yazdığına görə, iri Yaponiya ticarət şirkətləri və enerji sektoru Alyaskadakı layihənin rentabelliyinə şübhə edir. İri Yaponiya şirkətinin adı açıqlanmayan rəhbəri layihədə nəzərdə tutulan 2031-ci ildə hasilatın başlanması müddətinin həddindən artıq nikbin olduğunu qeyd edir. Bundan əlavə, Yaponiya tərəfinin fikrincə, inflyasiya səbəbindən layihənin dəyəri 10 trilyon yeni (70 milyard dollar) keçə bilər.

Digər tərəfdən, "Yоmiuri" yazır ki, təchizat mənbələrinin diversifikasiyası Yaponiya üçün faydalıdır, çünki LNG geosiyasi risklərə məruz qalır. Qəzet buna misal olaraq Yaponiya tərəfinin iştirakı ilə Rusiyanın "Arktik LNG 2" layihəsini göstərir ki, bu layihəyə qarşı ABŞ sanksiyaları tətbiq edilib və nəticədə "Yaponiyaya tədarük perspektivləri yoxdur".

Oxşar xəbərlər

Yaponiya ABŞ-dən münasib qiymətlərlə enerji resurslarının stabil tədarükündə maraqlıdır
KİV: Tramp Yaponiya Baş naziri ilə görüşdə müdafiə xərclərinin artırılmasını tələb edəcək
Tramp: Gömrük rüsumları ABŞ-yə gündəlik 2 milyard dollar qazandırır
Yaponiya Rusiya ilə ərazi probleminin həllinə ümid edir
Yaponiyanın Baş naziri Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər