Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb
sizinxeber.az xəbər saytı

Kelloq Rusiya ilə Ukrayna arasında əsir mübadiləsini İstanbul danışıqlarının əsas uğuru adlandırıb


ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Keyt Kelloq Rusiya ilə Ukrayna arasında mayın 23-də baş tutmuş əsir mübadiləsini İstanbul danışıqlarının ən müsbət nəticəsi adlandırıb.

“Sizinxeber.az” xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.

“Ukrayna və Rusiya arasında keçən həftə İstanbulda baş tutmuş texniki danışıqların ən müsbət nəticəsi hər tərəfdən planlaşdırılmış şəkildə 1000 hərbi əsirin geri qaytarılması olub ki, artıq 400-dən çox əsirin geri qayıdışı baş tutub”, - o yazıb.

Kelloq bu nəticənin əldə edilməsində Ukraynanın müdafiə naziri Rustem Umerovun mühüm töhfəsini də qeyd edib.

“Bizə atəşkəs lazımdır - qətllər dayandırılmalıdır”, - Kelloq əlavə edib.

Xatırladaq ki, mayın 23-də Tramp Rusiya və Ukrayna arasında genişmiqyaslı məhbus mübadiləsi barədə razılığa gəlindiyini açıqlayıb. Bundan bir müddət sonra isə Ukrayna Prezidenti Volodimir Zelenski mübadilənin ilk günü ərzində 390 nəfərin Ukraynaya qayıtdığını bildirib.

Oxşar xəbərlər

Kelloq: Ukrayna və Rusiya tam atəşkəsə yaxınlaşıb
Kelloq: Ukrayna danışıqlarına başlamazdan əvvəl atəşkəs əldə edilməlidir
Kelloq: Rusiyanın mayın 9-da Ukrayna ilə atəşkəs təklifi absurddur
Kelloq: Rusiya və Ukrayna arasında 30 günlük atəşkəs müharibənin sonunun başlanğıcı olacaq
Kelloq: Tramp Ukrayna və Rusiya arasında ən azı 30 günlük hərtərəfli atəşkəs istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər