Netanyahu: Qəzza razılaşmasının növbəti mərhələsinin müzakirəsinə hazırıq
İsrail Qəzzada müharibənin bitməsinə gətirib çıxarmalı olan razılaşmanın növbəti mərhələsini müzakirə etməyə hazırdır. Lakin bunun üçün Fələstinin HƏMAS hərəkatı silahlarını yerə qoymalı və anklavı tərk etməlidir.
"Report"un xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin iclasında deyib.
"Guya biz final mərhələsini müzakirə etməyə hazır deyilik. Bu doğru deyil. Biz hazırıq. HƏMAS silahlarını yerə qoyacaq, liderlərinə zolağı tərk etməyə icazə veriləcək, biz Qəzzada ümumi təhlükəsizliyi təmin edəcəyik. Bu, bizim planımızdır. Bunu gizlətmirik və hər an müzakirə etməyə hazırıq", - Netanyahu bildirib.
Baş nazir həmçinin qeyd edib ki, İsrail Qəzza zolağından girovları atəşkəs olmadan azad etmək üçün vasitəçilərin iştirakı ilə danışıqları davam etdirir.
"Hərbi təzyiq işləyir. Bu, iki istiqamətdə eyni vaxtda tətbiq olunduğu üçün nəticə verir: bir tərəfdən HƏMAS-ın hərbi və inzibati potensialını məhv edir, digər tərəfdən isə girovlarımızın azad edilməsinə şərait yaradır. Biz məhz bunu edirik", - Netanyahu vurğulayıb.
Baş nazirin sözlərinə görə, bir gün əvvəl İsrail hərbi-siyasi kabineti girovların azad edilməsi üçün daha da optimal şərait yaratmaq məqsədilə HƏMAS-a hərbi təzyiqi artırmaq qərarına gəlib.
Oxşar xəbərlər
KİV: Netanyahu Qəzza danışıqları üçün Qətərə nümayəndə heyəti göndərib
Netanyahu Qəzzada münaqişənin tənzimlənməsinin şərtlərini açıqlayıb
Netanyahu: İsrail Qəzza razılaşmasının şərtlərini qəbul edib, növbə HƏMAS-dadır
Netanyahu HƏMAS-a xəbərdarlıq edib
İsrail rəhbərliyi sabah Qəzza ilə bağlı razılaşmanın ikinci mərhələsini müzakirə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
