Pentaqon qoşunların 4 il əvvəl Əfqanıstandan çıxarılması ilə əlaqədar yeni araşdırma aparacaq
sizinxeber.az xəbər saytı

Pentaqon qoşunların 4 il əvvəl Əfqanıstandan çıxarılması ilə əlaqədar yeni araşdırma aparacaq


ABŞ-nin müdafiə naziri Pit Heqset 2021-ci ildə əvvəlki Amerika administrasiyasının qərarı ilə Əfqanıstandan qoşunların çıxarılması şəraitinin araşdırılması üçün komissiya yaratmağı tapşırıb.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə müvafiq sənəd Pentaqon başçısının sosial şəbəkə hesabında dərc edilib.

“Son üç ayda nazirlik silahlı qüvvələrimizin tarixindəki bu fəlakətli hadisənin icmalı ilə məşğul olub”, – sənəddə qeyd olunub.

Pentaqon rəhbəri ABŞ vətəndaşlarına olayların tam mənzərəsini təqdim etmək üçün hərtərəfli yoxlamanın aparılmasını zəruri hesab edib.

Xüsusi komissiya həmçinin əvvəllər aparılmış araşdırmaların incələnməsi ilə məşğul olacaq. Sənəddə iddia olunub ki, ABŞ-nin keçmiş prezidenti Cozef Baydenin administrasiyası tərəfindən təşkil edilmiş çıxarılma xaotik olub. 2021-ci il avqustun 26-da Kabil hava limanında törədilmiş terror aktı nəticəsində 13 amerikalı hərbçi və 170 vətəndaş ölmüşdü.

Bayden qoşunların çıxarılmasının ABŞ-nin maraqlarına uyğun olduğunu açıqlayıb və missiyanı uğurlu adlandırıb. 2021-ci ilin avqustunda ABŞ və NATO qoşunlarının çıxarılmasından sonra Əfqanıstanda iqtidarı “Taliban” radikalları ələ keçirib.

Oxşar xəbərlər

Pentaqon Şərqi Avropadan qüvvələrin çıxarılması mümkünlüyünü nəzərdən keçirir
Pentaqon yeni qüvvələrin Yaxın Şərqə göndərilməsi variantını nəzərdən keçirir
ABŞ Suriyadan qoşunların tam çıxarılması ilə bağlı planlar hazırlayır
Pentaqon rəhbəri 11 sentyabr hücumlarının təşkilatçıları ilə razılaşmadan imtina edib
Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər