Britaniya İsraillə ticarət danışıqlarını dayandırıb
Böyük Britaniya İsrail Ordusunun Qəzza zolağında həyata keçirdiyi yeni əməliyyat səbəbindən bu ölkə ilə azad ticarət sazişinin bağlanması ilə bağlı danışıqları dayandırıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın xarici işlər naziri Devid Lemmi bildirib.
Onun sözlərinə görə, London bu addımı İsrailin Baş naziri Benyamin Netanyahunun humanitar yardımın çatdırılmasını əngəlləməsi və anklavda hərbi əməliyyatları genişləndirməsi ilə əlaqədar atıb.
Lemmi əlavə edib ki, İsrail səfiri Tsipi Hotoveli Britaniya Xarici İşlər Nazirliyinə çağırılacaq.
Daha əvvəl Netanyahu bəyan etmişdi ki, İsrail Qəzza zolağının bütün ərazisinə nəzarət edəcək və HƏMAS-ın humanitar yardımı talamasına imkan verməyəcək.
Qeyd edək ki, myın 18-də İsrail Ordusu Qəzza zolağında “Gideonun arabaları” kod adlı genişmiqyaslı quru əməliyyatlarına başlayıb.
Oxşar xəbərlər
İsrail Qəzzaya ərzağın çatdırılmasına icazə verəcək
İsrail və Britaniya XİN rəhbərləri Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Netanyahu: “İsrail Qəzzadakı əməliyyatı genişləndirəcək”
İsrail Ordusu Qəzzanın şimal və cənubunda quru əməliyyatına başlayıb
Netanyaһu: İsrail Qəzza zolağının bütün ərazisi üzərində nəzarət qurmaq niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








