BMT İstanbulda Rusiya - Ukrayna danışıqlarında iştirak etməyib
BMT Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında keçirilən danışıqlarda iştirak etməyib.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün köməkçisi Stefani Trembley deyib.
O bildirib ki, bu gün Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna arasında davam edən münaqişə ilə bağlı görüş keçirilib. Görüşdə iştirak edən ölkələr arasında ABŞ və Türkiyə də yer alsa da, Birləşmiş Millətlər Təşkilatı (BMT) danışıqlarda iştirak etməyib: “İstanbulda keçirilən danışıqlarda vasitəçiliyə dair BMT-yə heç bir müraciət daxil olmayıb. Yəni BMT prosesdə yer almır”, - Trembley deyib.
Qeyd edək ki, mayın 16-da Türkiyənin İstanbul şəhərində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar olub.
Oxşar xəbərlər
Rubio: ABŞ nümayəndəsi İstanbulda Rusiya və Ukrayna danışıqlarında iştirak edəcək
İstanbulda Rusiya-Ukrayna danışıqları başa çatıb
İstanbulda ABŞ-Ukrayna-Türkiyə və Rusiya-Ukrayna-Türkiyə formatında üçtərəfli görüşlər keçiriləcək
Zelenski: Rusiya ilə İstanbul danışıqlarında Ukraynanı müdafiə naziri təmsil edəcək
Trampın xüsusi nümayəndələri Rusiya və Ukrayna arasında aparılacaq danışıqlarda iştirak edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












